Tərcümələr

"VneshExpertService" LLC şirkəti müştərilərinə tərcümə xidmətlərinin geniş spektrini təklif edir:

  • yazılı və şifahi tərcümə,

  • tərcümənin notarial təsdiqi,

  • apostilin qurulması üzrə xidmətlər,

  • sənədlərin leqallaşdırılması,

  • redaktə,

  • saytların lokallaşdırılması,

  • əsas Avropa və şərq dillərinə tərcümə və s.

"VneshExpertService" LLC şirkətinin əməkdaşları ixtisas üzrə təhsillə bərabər iqtisadiyyatın, elm və texnikanın müxtəlif sahələrində əlavə bilikləri olan yüksək ixtisaslı tərcüməçilər və dilçilərdir. İkisəviyyəli məcburi yoxlanma sistemi tərcümələrin keyfiyyətinin əlavə təminatıdır.

Müasir proqram təminatı, menecerlər və tərcüməçilər arasında yaranmış işlək qarşılıqlı əlaqə sifarişləri operativ yerinə yetirməyə imkan verir.

Tərcümə şöbəsinin sifarişçiləri aparıcı yerli və beynəlxalq müəssisələr, dövlət şirkətləri və banklardır.

Üstünlüklərimiz: 

  • Təcili sifarişlərin yerinə yetirilməsi üçün ştat üzrə tərcüməçilərin olması;

  • Avropa və şərq dillərinə peşəkar tərcümə və redaktə imkanı;

  • Kompleks yanaşma: çoxlu sayda əlavə xidmətlər (notarial təsdiqdən tutmuş, kopiraytinqə qədər).

Biz tərcümə üçün təqdim edilən mətnin xüsusiyyətini nəzərə almaqla (tərcümənin mövzusunu və istiqamətini, stilistik xüsusiyyətlərini, spesifik terminlərin olmasını və s.) hər bir konkret sifariş üçün uyğun tərcüməçini seçirik.

Yuksək keyfiyyətli ofis avadanlığı və etibarlı rabitə kanalları sifarişləri ən qısa zamanda yerinə yetirməyə, hazır materialları göndərməyə, o cümlədən, lazım gəldikdə tərcümə prosesində sifarişçi ilə operativ əlaqə saxlamağa imkan verir.

Biznesdə hər bir sözün qiyməti qızıla bərabərdir. Şirkətinizin imici, mallarınızın və xidmətlərinizin ölkədən kənarda irəliləmə perspektivləri, hətta nüfuzunuz çox vaxt xarici dilə tərcümənin keyfiyyətindən asılı olur. Bizə müraciət etməklə, tərcümənin vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə tam əmin ola bilərsiz!